​Fransada baş verən yol qəzasında ölənlərin sayı 49-a çatıb - YENİLƏNİB 2

​Fransada baş verən yol qəzasında ölənlərin sayı 49-a çatıb - YENİLƏNİB 2 Fransua Olland: "Fransa hökuməti diqqətini bu faciəyə cəmləyib"
Digər ölkələr
23 Oktyabr , 2015 14:22
​Fransada baş verən yol qəzasında ölənlərin sayı 49-a çatıb - YENİLƏNİB 2

Bakı. 23 oktyabr. REPORT.AZ/ Fransada avtobusla yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 49-a çatıb.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

"Bu, dəhşətli yol-nəqliyyat hadisəsidir. Fransa hökuməti diqqətini bu faciəyə cəmləyib", - ölkənin prezidenti Fransua Olland "twitter" səhifəsində yazıb. 

Bu, son 33 ildə Fransada baş vermiş ən böyük qəza sayılır.

*** 12:29

Bakı. 23 oktyabr. REPORT.AZ/ Fransanın cənub-qərbində avtobusla yük maşının toqquşması nəticəsində ölənlərin sayı 42-yə çatıb. 

"Report" xəbər verir ki, bu rəqəmi yerli "İ-tele" telekanalı yayıb.

Məlumata görə, hadisə bu gün səhər saatlarında ölkənin Liburn şəhəri yaxınlığında Jirond rayonunda baş verib.

Sürət həddini aşan avtobusla yük maşını toqquşub. Nəticədə yanğın başlayıb. Sərnişinlərin çoxu yanğına görə avtobusun salonunu tərk edə bilməyərək, həlak olublar.

Məlumata görə, ölənlərin çoxu ekskursiyaya gedən yaşlı insanlardır. Səkkisz nəfər sağ qalıb.

Xəbərdə bildirilib ki, qəza baş verən yerdə yanğınsöndürmə və xilasetmə xidmətinin 60 əməkdaşı işləyir.

*** 12:01

Fransanın cənub-qərbində baş verən yol qəzası nəticəsində 39 nəfər ölüb. 

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Polis araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi