Fransada atışma zamanı yaralanan Rusiya vətəndaşlarından biri ölüb

Fransada atışma zamanı yaralanan Rusiya vətəndaşlarından biri ölüb Fransanın Renn şəhərində baş vermiş atışma zamanı güllə yaralsı almış Rusiya Federasiyasının Çeçenistan Respublikasının vətəndaşı xəstəxanada ölüb
Digər ölkələr
142
19 Mart , 2021 01:11
Fransada atışma zamanı yaralanan Rusiya vətəndaşlarından biri ölüb

Fransanın Renn şəhərində baş vermiş atışma zamanı güllə yarası almış Rusiya Federasiyasının Çeçenistan Respublikasının vətəndaşı xəstəxanada ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli "Actu" portalı bildirib.

Renndə atışma çərşənbə günü olub. Hadisə zamanı Çeçenistan Respublikasından olan iki şəxs yaralanıb. Bildirilir ki, zərərçəkənlərdən digəri kliniki ölüm vəziyyətindədir.

Portalın məlumatına görə, yaralılar qardaşdır.

Silahlı insidentdən bir neçə dəqiqə sonra 21 yaşlı gənc atışma ilə bağlı iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Onun kriminal keçmişinin olduğu bildirilir. Hazırda silahlı insidentdə iştirak edən ikinci şübhəli axtarılır. Prokurorluğun məlumatına görə, söhbət Afrika əsilli şəxslərdən gedir.

İlkin versiyaya əsasən, hadisəyə Renndə narkotik alverçiləri arasında çəkişmə səbəb olub.

Son xəbərlər

Orphus sistemi