Fransada aksiyalar zamanı 100-dən çox etirazçı saxlanılıb - VİDEO - YENİLƏNİB

Fransada aksiyalar zamanı 100-dən çox etirazçı saxlanılıb - VİDEO - YENİLƏNİB Paris. 15 dekabr. REPORT.AZ/ Fransada qiymət artımı ilə bağlı bu gün də davam edən aksiyalar zamanı 107 nəfər etirazçı saxlanılıb.
Digər ölkələr
15 Dekabr , 2018 20:41
Fransada aksiyalar zamanı 100-dən çox etirazçı saxlanılıb - VİDEO - YENİLƏNİB
РИА "Новости"

Paris. 15 dekabr. REPORT.AZ/ Fransada qiymət artımı ilə bağlı bu gün də davam edən aksiyalar zamanı 107 nəfər etirazçı saxlanılıb.

“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, bu gün səhər saatlarından başlayan dinc aksiya günortadan sonra qarşıdurma ilə nəticələnib.

“Sarı jiletlilər“ asayiş keşikçilərinə butulka və daş atmağa başlayıblar. Polis isə öz növbəsində aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Ümumilikdə bu gün Fransada keçirilən aksiyalarda iştirakçıların sayında azalma müşahidə olunub. Ölkə üzrə 33 min 500 nəfər nümayişlərə qatılıb. Halbuki ötən həftənin bu günü onların sayı 77 min nəfər təşkil edirdi. Parisdə bu saatlarda 2200 aksiya iştirakçısı qeydə alınıb ki, bu rəqəm də keçən həftə bu vaxtı 10 min nəfərə bərabər idi.

Aksiya iştirakçıları Makronun istefasını tələb edirlər.

Eyni zamanda bu gün Paris üzrə 8 min, bütün ölkə üzrə isə 89 min polis səfərbər olunub.


***14:45

Paris. 15 dekabr. REPORT.AZ/ Fransada "sarı jiletlilər"in etiraz aksiyası davam edir. 

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, paytaxt Paris şəhərində müxtəlif nöqtələrdə toplaşan kütlə Yelisey meydanına doğru yürüşə hazırlaşır.

Sen Lasar vağzalı yaxınlığında, Respublika və Opera meydanlarında çoxlu sayda etirazçı toplaşıb. Onlara əngəl yaratmayan polis eyni zamanda gələnlərin çantalarını yoxlayır. Yelisey meydanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Ümumilikdə, Parisdəki aksiyada 2000 nəfər iştirak edir. Onlar Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb edirlər.  

Bununla belə, Zəfər tağı istiqamətində etirazçıları dağıtmaq məqsədilə polis gözyaşardıcı qazdan istifadə edib.

Son məlumata görə, 46 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi