Fransa Ali Səhiyyə Komitəsi 40 yaşdan yuxarı bütün insanlara gücləndirici peyvənd etməyi tövsiyə edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə komitənin saytında dərc olunmuş məlumatda deyilir.
Ali Səhiyyə Komitəsi xəbərdarlıq edib ki, hazırda Fransada koronavirusa yoluxma halları artmaqdadır.
Qeyd edək ki, Fransada 65 yaşdan yuxarı insanlar üçün 3-cü doza peyvənd məcburidir. Bu yaş qrupundakı insanlar dekabrın 15-dək peyvəndin gücləndirici dozasını almasalar, onların sağlamlıq bileti ləğv olunacaq.
Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, artıq 50 milyondan çox insan peyvəndin tam dozasını qəbul edib.