Fransada 363 şagird zəhərlənib

Fransada 363 şagird zəhərlənib Fransanın şimalındakı Şatne-Malabri kommunasında yerləşən məktəbin yeməkxanasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Digər ölkələr
21 May , 2022 02:24
Fransada 363 şagird zəhərlənib

Fransanın şimalındakı Şatne-Malabri kommunasında yerləşən məktəbin yeməkxanasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, bu barədə radio “France Bleu” bildirib.

Qeyd olunub ki, 363 şagird və 20 böyük zəhərlənib.

Hadisə mayın 19-da baş verib. Şagirdlər, müəllimlər və digər məktəb işçilərində ürəkbulanma, qarın ağrısı, qusma və ya ishal kimi simptomlar müşahidə olunub. Üç azyaşlı xəstəxanaya yerləşdirilməli olub.

Hadisə fonunda yeməkxana yoxlama üçün bağlanıb. İndi ekspertlər hadisənin səbəblərini müəyyənləşdirirlər. Yemək otağı üçün məhsul tədarükçüsü olan şirkət hələ jurnalistlərin sorğularına cavab verməyib.

Son xəbərlər

Orphus sistemi