Fransanın Lion şəhərinin kommunası ətrafında meri başını kəsəcəyi ilə hədələyən cinayətkarın 11 yaşlı yeniyetmə olması üzə çıxıb.
“Report” xəbər verir ki, bu barədə yerli
Riye-lya-Pap kommunasının meri Aleksandr Vensande martın 6-da feysbukda divarda onun başının kəsiləcəyi və bələdiyyənin yandırılacağı hədəsinin yazıldığı şəkli paylaşıb.
Polis həmin gün bildirib ki, təhlükəli yazılarla bağlı iş üzrə şübhəli şəxslərdən biri cinayət başında yaxalanıb. Onun yaşı açıqlanmayıb.
On bir yaşlı oğlanın saxlanılması Lionun prokuroru Nikol Jakenin bəyanatından sonra məlum olub. "Onun yaşı nəzərə alaraq, alternativ intizam tədbirləri görüləcək", - rəsmi məlumatda deyilir. Qrupun təhlükəli hədələr yazan digər iştirakçılarının axtarışları davam edir.