Fransa yeni nəsil hava hücumundan müdafiə sisteminin ilk sınağını keçirəcək

Fransa yeni nəsil hava hücumundan müdafiə sisteminin ilk sınağını keçirəcək Fransa Silahlı Qüvvələri bu gün SAMP-T/NG (Next Generation) hava hücumundan müdafiə sistemi üçün yeni “Aster” raketinin ilk sınağını keçirəcək.
Digər ölkələr
8 Oktyabr , 2024 15:56
Fransa yeni nəsil hava hücumundan müdafiə sisteminin ilk sınağını keçirəcək

Fransa Silahlı Qüvvələri bu gün SAMP-T/NG (Next Generation) hava hücumundan müdafiə sistemi üçün yeni “Aster” raketinin ilk sınağını keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün səhər Biskarossedə SAMP-T/NG sisteminin təchiz olunacağı “Aster” raketinin ilk sınaq buraxılışını həyata keçiririk", - o bildirib.

Nazir qeyd edib ki, Ukrayna və Yaxın Şərqdə mövcud münaqişələr hava hücumundan müdafiə sistemlərinin əsas rolunu nümayiş etdirir. Onun sözlərinə görə, “Thal s” və MBDA şirkətləri tərəfindən hazırlanmış yeni hava hücumundan müdafiə sistemi hipersəs raketlərini ələ keçirməyə qadir olacaq. S.Lekornu bu sistemin Fransa silahları arasında ən çox ixrac olunan məhsullardan birinə çevriləcəyinə ümidvar olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi