Fransa və Almaniya XİN başçıları Rusiyaya əlavə sanksiyaların tətbiqini müzakirə edəcəklər

Fransa və Almaniya XİN başçıları Rusiyaya əlavə sanksiyaların tətbiqini müzakirə edəcəklər Fransa xarici işlər naziri Jan-İv Le Drian bu gün Almaniyaya səfər edəcək.
Digər ölkələr
5 Aprel , 2022 10:53
Fransa və Almaniya XİN başçıları Rusiyaya əlavə sanksiyaların tətbiqini müzakirə edəcəklər

Fransa xarici işlər naziri Jan-İv Le Drian bu gün Almaniyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Jan-İv Le Drian Berlində almaniyalı həmkarı Annalena Beerbok ilə görüşəcək. Tərəflər Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edəcəklər.

Nazirlər həmçinin aprelin 6-7-də keçiriləcək NATO xarici işlər nazirlərinin və aprelin 11-də baş tutacaq Avropa İttifaqı xarici işlər nazirlərinin iclasının gündəliyinə dair fikir mübadiləsi aparacaqlar.

Son xəbərlər

Orphus sistemi