​Fransa təyyarələri İraqda İŞİD-in komanda məntəqəsini məhv edib

​Fransa təyyarələri İraqda İŞİD-in komanda məntəqəsini məhv edib Hava zərbələri Təll-Afar şəhərində endirilib
Digər ölkələr
25 Noyabr , 2015 00:59
​Fransa təyyarələri İraqda İŞİD-in komanda məntəqəsini məhv edib

Bakı. 25 noyabr. REPORT.AZ/ Fransa təyyarələri döyüş uçuşu zamanı İraqın Mosul əyalətinin 45 km-də "İraq-Şam İslam Dövləti" (İŞİD) yaraqlılarına məxsus komanda mərkəzini məhv edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ölkə prezidenti Fransua Olland Vaşinqtona səfəri zamanı Fransa təyyarələrinin Təll-Afar şəhərində terrorçuların komanda məntəqəsinə hava zərbəsi endirdiyini bildirib.

Noyabrın 23-də Fransa donanmasının flaqmanı "Şarl de Qoll" aviadaşıyıcısı Suriya və İraqda İŞİD-in mövqelərinə ilk zərbələrini endirib.

Fransua Olland ABŞ prezidenti Barak Obama ilə görüşündə qeyd edib ki, Fransa Suriyada quru əməliyyatlarında iştirak etməyəcək.

Son xəbərlər

Orphus sistemi