Fransa Suriya kürdlərinə kömək üçün Mənbicə qoşun göndərəcək

Fransa Suriya kürdlərinə kömək üçün Mənbicə qoşun göndərəcək Bakı. 30 mart. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron Suriyanın şimalına - Mənbicə kürdlərə kömək üçün qoşun göndərmək niyyətindədir.
Digər ölkələr
30 Mart , 2018 01:51
Fransa Suriya kürdlərinə kömək üçün Mənbicə qoşun göndərəcək

Bakı. 30 mart. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron Suriyanın şimalına - Mənbicə kürdlərə kömək üçün qoşun göndərmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Nəşrin məlumatına görə, Makron dünən ərəb-kürd nümayəndələri ilə görüşüb. Fransa lideri bildirib ki, hərbçilər olduqca qısa müddətdə göndəriləcək.

Suriyaya göndəriləcək fransız hərbi qulluqçularının sayı barədə dəqiq məlumat verilmir. Həmçinin qeyd edilir ki, hərbi əməliyyatlar Birləşmiş Ştatların hərbçiləri ilə əlaqələndirilmiş formada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi