Fransa Şengen islahatlarına başlamaq niyyətindədir

Fransa Şengen islahatlarına başlamaq niyyətindədir “Rəsmi Paris Şengen zonası qaydalarını dəyişmək niyyətindədir”.
Digər ölkələr
9 Dekabr , 2021 23:51
Fransa Şengen islahatlarına başlamaq niyyətindədir

“Rəsmi Paris Şengen zonası qaydalarını dəyişmək niyyətindədir”.

“Report” xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron ölkənin 2022-ci ilin yanvarında başlayacaq Avropa İttifaqı Şurasına sədrliyinə həsr olunmuş mətbuat konfransında bildirib.

Fransa lideri deyib ki, birinci istiqamət Şengen zonasının siyasi idarə olunmasıdır ki, bunun üçün Aİ-nin xarici sərhədlərində nəzarəti gücləndirmək və onların mühafizəsini təmin etmək üçün xüsusi təşkilat yaradılacaq. Onun sözlərinə görə, bununla bağlı müvafiq nazirlərin görüşləri də keçiriləcək.

Makron bildirib ki, ikinci istiqamət sərhəddə böhran zamanı təcili dəstək mexanizminin yaradılmasıdır.

“Sərhədləri Aİ-nin xarici kənarında olan ölkələr Frontex sərhəd agentliyinin tam dəstəyinə, habelə birliyin digər ölkələrindən polis və jandarmların gücləndirilməsinə arxalanmalıdırlar”.

Son xəbərlər

Orphus sistemi