​Fransua Olland Nitsa şəhərindəki terror aktı ilə bağlı DİN-dəki təcili müşavirəyə qatılıb

​Fransua Olland Nitsa şəhərindəki terror aktı ilə bağlı DİN-dəki təcili müşavirəyə qatılıb Prezident nazirlikdəki müşavirəyə gedib
Digər ölkələr
15 İyul , 2016 03:57
​Fransua Olland Nitsa şəhərindəki terror aktı ilə bağlı DİN-dəki təcili müşavirəyə qatılıb

Bakı. 15 iyul. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland Nitsa şəhərində baş vermiş terror aktı ilə bağlı DİN-də keçirilən təcili müşavirəyə gedib.

"Report" "BFM TV" telekanalına istinadən xəbər verir ki, Parisə qayıdan ölkə başçısı dərhal Daxili İşlər Nazirliyinin binasına gəlib və fövqəladə toplantıya qatılıb. 

Ondan əvvəl isə Bovo meydanına Fransanın baş naziri Manuel Vals gəlib və dərhal İdarələrarası Böhran Qərargahının yaradılması haqqında sərəncam verib.

Öz növbəsində Bovo sarayının sahibi  - daxili işlər naziri Bernar Kaznev Parisi tərk edib və bu dəqiqələrdə Nitsa şəhərində yola düşüb. Yaxın saatlarda o, hadisə yerində şəhər hakimiyyəti ilə müşavirə keçirəcək.

Son xəbərlər

Orphus sistemi