Fransa prezidenti Nitsa şəhərində baş vermiş terror aktı ilə əlaqədar təcili Parisə qayıdır

Fransa prezidenti Nitsa şəhərində baş vermiş terror aktı ilə əlaqədar təcili Parisə qayıdır Fransua Olland birbaşa Daxili İşlər Nazirliyinin binasına gələcək
Digər ölkələr
15 İyul , 2016 02:23
Fransa prezidenti Nitsa şəhərində baş vermiş terror aktı ilə əlaqədar təcili Parisə qayıdır

Bakı. 15 iyul. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland Nitsa şəhərində baş vermiş terror aktı ilə əlaqədar təcili olaraq Avinyondan paytaxt Parisə qayıdır. 

"Report"un məlumatına görə, bu barədə Yelisey sarayından "AFP" agentliyinə məlumat verilib. 

"Prezident Olland baş nazir Manuel Vals və daxili işlər naziri Bernar Kaznevlə telefon vasitəsilə əlaqə saxlayıb. O, Parisə qayıdır və birbaşa xüsusi qrupun yaradıldığı Daxili İşlər Nazirliyinin binasına gələcək" - deyə Yelisey Sarayından bildirilib.

Qeyd edək ki, Fransanın Nitsa şəhərində baş vermiş terror aktında 50 nəfər ölüb, 100-ə yaxın insan xəsarət alıb. İçində naməlum şəxslərin olduğu yük avtomobili bayram şənliyində iştirak edən izdihamın olduğu əraziyə daxil olub və onlarla insanın üstündən keçib. 

Nəticədə 50 nəfər ölüb, 100-ə yaxın insan xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi