Fransa prezidenti Avstraliya baş nazirinin onu aldatdığını bildirib

Fransa prezidenti Avstraliya baş nazirinin onu aldatdığını bildirib Fransa prezidenti Emmanuel Makron əmindir ki, Avstraliyanın baş naziri Skott Morrisson onu yeni AUKUS təhlükəsizlik tərəfdaşlığı ilə bağlı aldadıb.
Digər ölkələr
1 Noyabr , 2021 03:03
Fransa prezidenti Avstraliya baş nazirinin onu aldatdığını bildirib

Fransa prezidenti Emmanuel Makron əmindir ki, Avstraliyanın baş naziri Skott Morrisson onu yeni AUKUS təhlükəsizlik tərəfdaşlığı ilə bağlı aldadıb.

“Report” xəbər verir ki, Fransa liderinin sözlərini BFM telekanalı sitat gətirib.

Avstraliyalı jurnalistin Morrisonun onu aldatdığını düşünməsi barədə suala Makron qəti cavab verib: “Mən bunu düşünmürəm, mən bilirəm”.

Fransa lideri eyni zamanda Avstraliyaya və onun xalqına çox hörmət etdiyini bildirib.

Qeyd edək ki, Makron ötən həftənin cümə axşamı Avstraliyanın sualtı qayıqların tədarükü üçün Fransa ilə ən böyük müdafiə müqaviləsindən imtina etməsindən sonra ilk dəfə Morrisonla telefon danışığı aparıb. Makron söhbət zamanı qeyd edib ki, rəsmi Kanberranın müqavilədən başqa bir layihənin xeyrinə imtina etmək barədə birtərəfli qərarı iki ölkə arasında etimad münasibətlərini sarsıdıb və Avstraliya hakimiyyətlərin ikitərəfli münasibətlərə yenidən baxmaq və iradəsinin təcəssümü olacaq konkret tədbirlər təklif etməlidir.

Son xəbərlər

Orphus sistemi