Fransa prezidenti ABŞ-ın polad və alüminium idxalına rüsumunu qeyri-qanuni adlandırıb

Fransa prezidenti ABŞ-ın polad və alüminium idxalına rüsumunu qeyri-qanuni adlandırıb Bakı. 1 iyun. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Avropa, Kanada və Meksikadan polad və alüminium idxalına rüsum tətbiq edilməsini qanunsuz adlandırıb.
Digər ölkələr
1 İyun , 2018 03:44
Fransa prezidenti ABŞ-ın polad və alüminium idxalına rüsumunu qeyri-qanuni adlandırıb
Emmanuel Makron

Bakı. 1 iyun. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Avropa, Kanada və Meksikadan polad və alüminium idxalına rüsum tətbiq edilməsini qanunsuz adlandırıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Bildirilir ki, Makron rüsumların tətbiqini səhv adlandırıb. Fransa prezidenti həmçinin əlavə edib ki, ABŞ-ın hərəkətlərindən təəssüflənir.

Daha əvvəl ABŞ iyunun 1-dən Kanada, Meksika və Avropadan alüminium və polad idxalına rüsum tətbiq olunduğunu elan edib.

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bəyan edib ki, Avropa Birliyi əks tədbirlər görəcək.

Son xəbərlər

Orphus sistemi