Fransa polisi Lionda nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib

Fransa polisi Lionda nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib Fransanın Lion şəhərində polis pensiya islahatı əleyhinə olan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Digər ölkələr
28 Mart , 2023 18:33
Fransa polisi Lionda nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib

Fransanın Lion şəhərində polis pensiya islahatı əleyhinə olan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Lionda nümayişçilər pensiya islahatına qarşı etiraz yürüşü zamanı polisin müqaviməti ilə üzləşiblər. Polis gözyaşardıcı qazdan istifadə etdikdən sonra etirazçılar asayiş keşikçilərinə daş, boş şüşə atıblar.

Xatırladaq ki, Fransada tətillərə səbəb pensiya yaşının 62-dən 64-ə qaldırılması və bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutan islahatdır.

Son xəbərlər

Orphus sistemi