Bakı. 15 noyabr. REPORT.AZ/ Fransa polisi Eyfel qülləsinə yaxın ərazidə əhalini təxliyə edir.
“Report” xəbər verir ki, bu barədə şənbə günü “Reuters” agentliyi məlumat yayıb.
Həmçinin bir neçə xüsusi təyinatlı polis dəstələri yaxınlıqda yerləşən “Pullman” mehmanxanasının yanına gəliblər.
Yaxınlıqdakı metro stansiyası bağlanıb.