Sabahdan Fransa paytaxtında küçədə maska ​​rejimi tətbiq ediləcək

Sabahdan Fransa paytaxtında küçədə maska ​​rejimi tətbiq ediləcək Fransanın paytaxtı Parisdə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar dekabrın 31-dən küçələrdə maskaların taxılması məcburi olacaq.
Digər ölkələr
30 Dekabr , 2021 02:48
Sabahdan Fransa paytaxtında küçədə maska ​​rejimi tətbiq ediləcək

Fransanın paytaxtı Parisdə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar dekabrın 31-dən küçələrdə maskaların taxılması məcburi olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Paris Polis İdarəsinin prefekturası məlumat yayıb.

Qərar 11 yaşdan yuxarı bütün şəhər sakinləri və qonaqlara şamil olunur. Velosipedçilər, avtomobilçilər və açıq havada idmanla məşğul olan insanlar üçün isə istisna edilir.

Fransanın səhiyyə naziri Olivye Veranın açıqlamasına görə, ölkədə son sutka ərzində 200 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Parisdə hər 100 min sakinə orta hesabla təxminən 2 min yoluxma hadisəsi düşür.

Son xəbərlər

Orphus sistemi