Parisdə baş vermiş partlayışlar zamanı 4 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB

Parisdə baş vermiş partlayışlar zamanı 4 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB Xəsarət alanların hamısına təcili tibbi yardım göstərilib
Digər ölkələr
3 Fevral , 2017 10:30
Parisdə baş vermiş partlayışlar zamanı 4 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 3 fevral. REPORT.AZ/ Dünən gecə saatlarında Parisdə baş vermiş iki partlayış nəticəsində 4 nəfər ölüb, daha 5 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Nuazi-le-Qran kommunasında yerləşən ticarət pavilyonlarından birində qaz balonları partlayıb. Bunun atdından yanğın başlayıb.

Yanğını söndürülməsi üçün xilasetmə xidmətlərinin 30 əməkdaşı cəlb olunub.

***03:28

Fransanın paytaxt regionunda baş vermiş güclü partlayışda 5 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Parisien" qəzeti xəbər verib.

Məlumata görə, hadisəyə qaz balonunun partlaması səbəb olub.

Yaralılardan 1-nin vəziyyətinin ağır olduğu bildirilir. Xəsarət alanların hamısına tibbi yardım göstərilir. 

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir.

***

Fransanın paytaxt regionunda güclü partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Parisien" qəzeti xəbər verib.

Məlumata görə, hadisə yerli vaxtla saat 22:00-da, Nuazi-le-Qran kommunasında baş verib. Partlayış zamanı 5 nəfər xəsarət alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır. Zərəçəkənlərin sayının artacağı istisna edilmir.

Məlumatda bildirilir ki, partlayış o qədər güclü olub ki, bütün dairə ərazisində hiss edilib. 

Son xəbərlər

Orphus sistemi