Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Fransa parlamenti "Fələstinin dövlət kimi tanınmasını hökumətdən tələb edən qərar layihəsi"ni müzakirə çıxarıb. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, səsvermədə 339 deputat layihənin lehinə, 151-i isə əleyhinə səs verib. Bununla da Fransa parlamentində Fələstin dövlətinin tanınması haqqında qərar layihəsi qəbul olunub.
Qeyd edək ki, layihə Fransa parlamentinin müzakirəsinə hakim Sosialist Partiyanın (SP) deputatları tərəfindən təqdim edilib.