Fransa öz hava məkanını Belarus təyyarələri üçün bağladı

Fransa öz hava məkanını Belarus təyyarələri üçün bağladı Fransanın nəqliyyat üzrə dövlət katibi Jan-Batist Cebbari bildirib ki, Belarusun "Belavia" aviaşirkətinin təyyarələri üçün Fransa ərazisi üzərində uçuşlara icazə dayandırılıb
Digər ölkələr
127
25 May , 2021 03:53
Fransa öz hava məkanını Belarus təyyarələri üçün bağladı

Fransanın nəqliyyat üzrə dövlət katibi Jan-Batist Cebbari bildirib ki, Belarusun "Belavia" aviaşirkətinin təyyarələri üçün Fransa ərazisi üzərində uçuşlara icazə dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə nazir özünün tvitterdəki səhifəsində yazıb.

O, həmçinin Fransanın aviaşirkətlərini uçuşların həyata keçirilməsi üçün Belarusun hava məkanından istifadə etməməyə çağırıb.

"Sərnişinlərin təhlükəsizliyi üçün Fransada işləyən aviaşirkətlərdən Belarusun hava məkanı üzərindən daha uçmamağı xahiş etdim. Həmçinin "Belavia"nın uçuşlarına icazə dayandırılıb", - Cebarri sosial şəbəkədəki hesabında yazıb.

Son xəbərlər

Orphus sistemi