Yuxarı

​Fransa ordusunun İraqda qalma müddəti uzadılıb

Baş nazir: Bizim missiyamız başa çatmayıb

Bakı.14 yanvar. REPORT.AZ/ Fransa ordusu İraqda İŞİD-ə qarşı beynəlxalq hərbi əməliyyatlarda fəaliyyətini davam etdirəcək.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə ölkən parlamentinin hər iki palatası səs çoxluğu ilə qərar qəbul edib.

Fransa ordusunun İraqda qalma müddətinin uzadılması ilə bağlı qərarın lehinə 346 senatordan 327-si, Aşağı Palatasının 577 deputatından 488-i səs verib.

Səsvermədən öncə Fransanın baş naziri Manüel Vals çıxış edib. "Bizim missiyamız başa çatmayıb. Terrorçuluğa qarşı əsl müharibə ilə qarşı-qarşıyayıq", - o deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi