Fransa məhkəməsi ruandalı sürücünü soyqırım ittihamı ilə 14 il həbsə məhkum edib

Fransa məhkəməsi ruandalı sürücünü soyqırım ittihamı ilə 14 il həbsə məhkum edib Fransa məhkəməsi ekstremist hutu rejiminin nümayəndələrini daşıyan 60 yaşlı Klod Muhaymanın 1994-cü ilin aprelindən iyul ayına qədər etnik təmizləmə zamanı 800 minə yaxın insanını itirmiş tutsi xalqının soyqırımında əli olduğuna qərar verib.
Digər ölkələr
18 Dekabr , 2021 02:16
Fransa məhkəməsi ruandalı sürücünü soyqırım ittihamı ilə 14 il həbsə məhkum edib

Fransa məhkəməsi ekstremist hutu rejiminin nümayəndələrini daşıyan 60 yaşlı Klod Muhaymanın 1994-cü ilin aprelindən iyul ayına qədər etnik təmizləmə zamanı 800 minə yaxın insanını itirmiş tutsi xalqının soyqırımında əli olduğuna qərar verib.

"Report" xəbər verir ki, bu barədə Nigeriyanın "Channels" telekanalı məlumat yayıb.

Muhayman soyqırımda və insanlığa qarşı cinayətlərdə iştirakda təqsirli bilinib. İş üzrə məhkəmə prosesi dörd həftə davam edib, onlardan bəziləri xüsusi olaraq Ruandadan xüsusi təyyarə ilə məhkəməyə gətirilib.

Bundan əvvəl Fransa hakimiyyəti Ruandadakı soyqırımla bağlı məlumatları əks etdirən arxivləri açmaq qərarına gəlib. Burada 1990-1994-cü illərdə Ruandadakı vəziyyətlə bağlı sənədlər, o cümlədən diplomatik teleqramlar və Fransua Mitteranın prezidentliyi ilə bağlı məxfi sənədlər var.

Son xəbərlər

Orphus sistemi