Fransanın hərbçiləri ölkənin silahlı qüvvələrinin tarixində ilk dəfə kosmosda təlimlərə başlayıblar.
Bu barədə “Report” Fransa mətbuatına istinadən xəbər verir.
Təlimlər 1965-ci ildə buraxılmış ilk fransız peyki “AsterX”-in xatirəsinə “AsterX” adını daşıyır. Hərbçilər manevrlərin gedişatında potensial təhlükəli kosmik obyekti, həmçinin şəxsi peyk üçün təhlükəni izləyəcəklər.
"(Ssenariyə görə - red) Bir sıra hadisələr baş verir və kosmik infrastrukturumuzla əlaqəli böhranlar və təhdidlər ortaya çıxır, ancaq bunlar yeganə deyil", - Fransa kosmik qüvvələri komandanlığının başçısı Mişel Friedlinq Tuluzada jurnalistlərə deyib.
KİV-in məlumatına görə, təlimlərdə həmçinin ABŞ-ın kosmik qüvvələri və Almaniyanın kosmik agentlikləri iştirak edir. Təlimlər cümə gününə qədər davam edəcək.