Yuxarı

Fransa hökuməti İsveçrə bankından 45 min sahibkar haqqında məlumat istəyib

İndiyədək onların 5 mini barədə məlumat əldə edilib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Fransa hökuməti İsveçrənin UBS bankından 45 min fransalı sahibkarın maliyyə qurumundakı göstəriciləri haqqında məlumat tələb edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Fransanın Vergilər Nazirliyi bu ilin mayında bununla bağlı İsveçrə bankına müraciət göndərib.

Məlumata görə, Fransa hökuməti 2006 və 2008-ci illərdə ölkə ərazisində yaşamış indiki və keçmiş sahibkarların bank hesabları ilə maraqlanır.

İndiyədək həmin iş adamlarından 5 mini barədə məlumat əldə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi