Yuxarı
    Bağlamaq

    ​Fransa parlamenti İŞİD-lə mübarizənin davam etdirilməsinə səs verib

    Qərarın lehinə parlamentin 488 deputatı səs verib

    Bakı. 14 yanvar. REPORT.AZ/ Fransa parlamentarilərinin əksəriyyəti Suriya və İraqda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə havadan zərbələrin endirilməsində ölkənin iştirakının davam etdirilməsini təsdiq ediblər.

    "Report" "Franc-Press"ə istinadən xəbər verir ki, müvafiq təklif ilə ölkənin baş naziri Manuel Vals parlmentə müraciət edib.

    Hökumət başçısı bildirib ki, "bizim missiyamız hələ bitməyib, bizi terrorçuluqla mübarizə gözləyir".

    Hava zərbələrinin davam etdirilməsi qərarını lehinə parlamentin 488 deputatı və Senatın 327 üzvü səs verib. Bir nəfər qərarın əleyhinə çıxıb, 13 parlamentari bitərəf qalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi