Fransa hökuməti yeni vergi ödəmələri planını ləğv edib - YENİLƏNİB

Fransa hökuməti yeni vergi ödəmələri planını ləğv edib - YENİLƏNİB Bakı. 4 dekabr. REPORT.AZ/ Fransa hökumətinin benzin və dizel yanacağının qiymətlərinin bahalaşmasına tətbiq etdiyi moratorium rəsmi olaraq qüvvəyə minib.
Digər ölkələr
4 Dekabr , 2018 16:33
Fransa hökuməti yeni vergi ödəmələri planını ləğv edib - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 4 dekabr. REPORT.AZ/ "Fransa hökumətinin benzin və dizel yanacağının qiymətlərinin bahalaşmasına tətbiq etdiyi moratorium rəsmi olaraq qüvvəyə minib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransanın baş naziri Eduard Filipp siyasi partiya liderləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, qadağa 6 ay müddətində qüvvədə olacaq. 


*** 11:58

Fransada tətbiqi planlaşdırılan yeni vergi ödəmələri planı ləğv edilib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Eduard Filipp bildirib.

O, bu qərarı parlamentdə təmsil olunan siyasi partiyaların deputatları ilə görüşdə açıqlayacaq. 

Qeyd edək ki, noyabrın 17-dən benzinə tətbiq edilən verginin 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı Fransada “sarı jiletlilər”in etiraz aksiyası keçirilir. Bu vergi ödəməsinin 2019-cu il yanvarın 1-dən həyata keçirilməsi planlaşdırılmışdı. 

Son xəbərlər

Orphus sistemi