Fransa gələn il qaz tariflərini 15 faizdən çox artırmayacaq

Fransa gələn il qaz tariflərini 15 faizdən çox artırmayacaq Fransa hakimiyyəti gələn il qaz və elektrik enerjisi tariflərinin 15%-dən çox artmasına icazə verməyəcək.
Digər ölkələr
25 Sentyabr , 2022 17:49
Fransa gələn il qaz tariflərini 15 faizdən çox artırmayacaq

Fransa hakimiyyəti gələn il qaz və elektrik enerjisi tariflərinin 15%-dən çox artmasına icazə verməyəcək.

"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında büdcə siyasəti üzrə nazir nümayəndəsi Qabriel Attal "Le Journal du Dimanche" qəzetinə müsahibəsində bildirib.

"Fransızların alıcılıq qabiliyyətini qorumaq üçün gələn il elektrik enerjisi və qaz tariflərinin artırılmasına 15% məhdudiyyət qoyulacaq", - Attal bildirib. Onun sözlərinə görə, əks halda tariflər daha çox artırıla bilər.

O, həmçinin Fransa hakimiyyətinin aşağı gəlirli insanlar üçün gəlir vergisini azaltmaq planlarını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi