Fransa: "Cenevrə danışıqları Suriya hökümətinə görə dayandırılıb"

Fransa: "Cenevrə danışıqları Suriya hökümətinə görə dayandırılıb" Loran Fabius hesab edir ki, Bəşər Əsəd höküməti Hələb şəhərini "boğmaq" istəyir"
Digər ölkələr
4 Fevral , 2016 03:05
Fransa: Cenevrə danışıqları Suriya hökümətinə görə dayandırılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Fransanın xarici işlər naziri Loran Fabius bəyan edib ki, Cenevrədə keçirilən Suriya danışıqları Dəməşq hökümətinin mövqeyinı görə dayandırılıb.

"Dəməşq höküməti və onun müttəfiqləri danışıqlar prosesinə ciddi yanaşmadığı üçün dialoq təxirə salındı", - deyən Fabius, Hələb şəhərinin ətrafında davam edən döyüşlərə diqqət çəkib.

"Hökümət qüvvələri Hələb şəhərini "boğmaq" istəyir" - deyə Fransa diplomatiyasının rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi