"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransanın BMT yanında daimi nümayəndəsi Nikolya de River beynəlxalq təşkilatın Baş Assambleyanın tribunasındakı çıxışında deyib.
"Fransa şuranın tərkibinin daimi və qeyri-daimi üzvlər hesabına genişləndirilməsini dəstəkləyir. Fransa həmçinin Təhlükəsizlik Şurasının yeni daimi üzvləri kimi Almaniyanın, Braziliyanın, Hindistanın və Yaponiyanın namizədliklərini dəstəkləyir. Biz həmçinin Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri arasında Afrika ölkələrinin olmasını dəstəkləyirik", - de River deyib.