Yuxarı
    Bağlamaq

    Fransa baş naziri Manuel Vals istefa verib

    Onun yerini Fransanın hazırkı DİN başçısı Bernar Kaznöv tutacaq

    Bakı. 6 dekabr. REPORT.AZ/ Fransa baş naziri Manuel Vals istefa verib.

    Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

    Prezident seçkiləri üçün namizədliyini açıqlayan M.Vals Yelisey sarayına gələrək prezidenti Fransua Ollandla təxminən 35 dəqiqə davam edən görüş keçirib.

    Eyni zamanda, Yelisey sarayından verilən məlumata görə, baş nazir vəzifəsində M.Valsı Fransanın hazırkı daxili işlər naziri Bernar Kaznöv əvəz edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi