Yuxarı

​Fransa aviasiyası Suriyada raket zavodunu bombalayıb - VİDEO

Zavodda İŞİD terrorçuları kustar üsulla raket istehsal edirmiş

Bakı. 4 yanvar. REPORT.AZ/ Fransa aviasiyası şənbədən bazar gününə keçən gecə Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) üzvlərinin kustar üsulla raket istehsal etdikləri zavodu bombardıman edib.

"Report" xəbər verir ki, bu barədə Fransanın Müdafiə Nazirliyi məlumat yayıb.

İdarənin rəsmi məlumatında bildirilir ki, bu reydi Fransanın "Scalp" qanadlı raketləri ilə təchiz olunan dörd "Rafale" qırıcısı həyata keçirib.

Bombardımançılar "koalisiya təyyarələri ilə birgə hərəkət ediblər". Obyekt Hələb şəhərindən onlarla kilometr aralıda yerləşib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi