Ərdoğan Avropa Komissiyasının sədri ilə Suriyaya humanitar yardımın tədarükünü müzakirə edəcək

Ərdoğan Avropa Komissiyasının sədri ilə Suriyaya humanitar yardımın tədarükünü müzakirə edəcək Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Suriyaya humanitar yardımın tədarükünü müzakirə etmək üçün dekabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Digər ölkələr
13 Dekabr , 2024 15:59
Ərdoğan Avropa Komissiyasının sədri ilə Suriyaya humanitar yardımın tədarükünü müzakirə edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Suriyaya humanitar yardımın tədarükünü müzakirə etmək üçün dekabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

"Bu gün biz ən çox ehtiyacı olanlara təcili tibbi yardım və zəruri tələbat ləvazimatlarının çatdırılması üçün yeni "Humanitar hava körpüsü" əməliyyatına başlayırıq. Bu cür qeyri-sabit zamanlarda yardımımız heç vaxt olmadığı qədər vacibdir.

Həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək Suriyaya humanitar yardımın davam etdirilməsini müzakirə edəcək", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi