​Finlandiyanın şimalında qaçqınların qəbul olunmasına qarşı nümayişlər keçiriləcək

​Finlandiyanın şimalında qaçqınların qəbul olunmasına qarşı nümayişlər keçiriləcək Daxili İşlər Nazirliyinin məlumatına görə, Finlandiyaya bu il 25-30 minə qədər qaçqın gələ bilər
Digər ölkələr
19 Sentyabr , 2015 16:26
​Finlandiyanın şimalında qaçqınların qəbul olunmasına qarşı nümayişlər keçiriləcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ Finlandiyanın şimalında yerləşən bir neçə şəhərində eyni vaxtda hökumətin qaçqınları qəbul etmək planlarına qarşı etiraz aksiyalarının başlanması gözlənilir. "Report" TASS-a istinadən xəbər verir ki, sığınacaq axtarmaq üçün İsveçdən kütləvi şəkildə qaçqınların axın etdikləri sərhədyanı Tornio şəhərində bu gün günortadan sonra mitinqə 850 nəfərə qədər etirazçının toplanacağı gözlənilir. Onlar aksiyaya "Finlandiyanı xilas edək! Sərhədləri bağlayaq!" şüarları ilə çıxacaqlar. Kemi şəhərində də oxşar aksiyaya 700 nəfər qatılacaq. Nümayişçilər qaçqınların qəbul olunması ilə bağlı hökümətin həyata keçirdiyi "qanunsuz və nəzarətsiz siyasəti"nə görə nazirlər kabinetinin istefasını tələb edir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Finlandiyaya bu il 25-30 minə qədər qaçqın gələ bilər.

Bir qədər əvvəl, təxminən 15 min qaçqının ölkəyə gələcəyi barədə söhbət gedirdi. Bu rəqəm isə, ötən illə müqayisədə üç dəfə çoxdur. Hal-hazırda ölkədə 20-dən artıq miqrant qəbulu mərkəzləri fəaliyyət göstərir və yenilərinin açılması ilə bağlı hazırlıq işləri aparılır. Mövcud mərkəzlərin tutum potensialı bütün noprmaları xeyli dərəcədə keçib. 

Son xəbərlər

Orphus sistemi