Finlandiyada parlament seçkisində erkən səsvermə başlayıb

Finlandiyada parlament seçkisində erkən səsvermə başlayıb Finlandiyada parlament seçkisində erkən səsvermə başlayıb və bu ölkənin xaricdəki diplomatik qurumlarında seçki məntəqələri açılıb.
Digər ölkələr
22 Mart , 2023 13:02
Finlandiyada parlament seçkisində erkən səsvermə başlayıb

Finlandiyada parlament seçkisində erkən səsvermə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Yle” teleradio şirkəti məlumat yayıb.

Bildirilib ki, bu ölkənin xaricdəki diplomatik qurumlarında seçki məntəqələri açılıb.

Finlandiyada əsasən kitabxanalar, ticarət mərkəzləri və bələdiyyə qurumlarında 950-yə yaxın erkən səsvermə məntəqəsi açılıb. Erkən səsvermə bir həftə davam edəcək və martın 28-də başa çatacaq. Finlandiyanın xarici ölkələrdəki vətəndaşları isə martın 25-dək səsvermədə iştirak edə biləcəklər.

Xatırladaq ki, Finlandiyada parlament seçkisi 2023-cü il aprelin 2-də keçiriləcək. Seçicilər 200 deputatı 4 il müddətinə seçəcəklər.

Son xəbərlər

Orphus sistemi