Finlandiyada nazir nasizmə rəğbət bəslədiyinə görə istefa verməyə məcbur olub
Digər ölkələr
- 30 iyun, 2023
- 12:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Finlandiyanın iqtisadi inkişaf naziri Vilhelm Yunnila təyinatından 10 gün sonra tutduğu vəzifədən istefa verib.
“Report”un xəbərinə görə, o, iyunun 20-də nazir postuna gətirilib.
Bundan sonra aparılan araşdırmalar nəticəsində V.Yunnilanın əvvəllər nasizmə rəğbət bəslədiyi üzə çıxıb.
O, mətbuata açıqlamasında bildirib ki, partiyanın və parlament qrupunun etimadına baxmayaraq, bu postda qalmağı məqsədəuyğun hesab etmir.
Qeyd edək ki, V.Yunnila nazir təyin olunandan sonra Finlandiya mətbuatı onun ifrat sağçı təşkilatların fəaliyyətində iştirakı və nasizmlə əlaqəyə dair eyham dolu fikirlər səsləndirməsi barədə bir neçə material dərc edib.
Təyinatdan dərhal sonra V.Yunnila etdiyi hərəkətə görə üzr istəyib.
Son xəbərlər
04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib
Digər ölkələr
03:54
Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
Digər ölkələr
03:36
Baqeri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika
02:22
ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
Digər ölkələr
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr
01:08
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Region
00:32
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Futbol