Finlandiyada koronavirusdan ölənlərin sayı 211-ə çatdı

Finlandiyada koronavirusdan ölənlərin sayı 211-ə çatdı Finlandiyada son sutkada 89 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
30 Aprel , 2020 17:22
Finlandiyada koronavirusdan ölənlərin sayı 211-ə çatdı

Finlandiyada son sutkada 89 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə və Sosial İnkişaf Qurumu açıqlayıb.

Məlumata görə, Finlandiyada indiyədək 4 995 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Onlardan 211 nəfər pandemiyanın qurbanı olub.

Bildirilib ki, ölənlərin orta yaşı 84-dür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 241 000-i ötüb. Bunların 1 010 962 nəfəri sağalıb, 228 884 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi