Finlandiyada koronavirusa yoluxanların sayı 5 minə yaxınlaşır

Finlandiyada koronavirusa yoluxanların sayı 5 minə yaxınlaşır Finlandiyada ötən sutkada koronavirusdan daha 7 ölüm və 166 yoluxma hadisəsi qeydə alınıb.
Digər ölkələr
29 Aprel , 2020 18:13
Finlandiyada koronavirusa yoluxanların sayı 5 minə yaxınlaşır

Finlandiyada ötən sutkada koronavirusdan daha 7 ölüm və 166 yoluxma hadisəsi qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə və Sosial İnkişaf Qurumu açıqlayıb.

Məlumata görə, ümumilikdə ölkədə yoluxanların sayı 4 906, ölənlərin sayı isə 206-ya çatıb. Ölənlərin orta yaşı 84-dür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 162 000-i ötüb. Bunların 975 673 nəfəri sağalıb, 219 287 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi