Finlandiyada koronavirus testindən keçmək istəməyənlər cəzalandırılacaq

Finlandiyada koronavirus testindən keçmək istəməyənlər cəzalandırılacaq Müayinədən boyun qaçıranlar barədə cəza tədbiri görülə bilər
Digər ölkələr
19 Fevral , 2021 16:33
Finlandiyada koronavirus testindən keçmək istəməyənlər cəzalandırılacaq

Finlandiyada koronavirus testindən keçməyənlər üçün cərimə, yaxud üç ayadək həbs cəzası tətbiq etmək nəzərdə tutulur.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi ölkənin Sosial İşlər və Səhiyyə Nazirliyi tərəfindən bu gün parlamentə təqdim olunub.

Sənədə əsasən, COVID-19 epidemiyası ilə bağlı yerli idarəetmə qurumu hava limanında icbari tibbi müayinə keçirmək barədə qərar verə bilər. Bu müayinədən boyun qaçıranlar barəsində yuxarıda göstərilən cəza tədbiri görülə bilər.

Qanun layihəsi bu gün parlament tərəfindən qəbul ediləcəyi təqdirdə 22 fevral tarixindən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi