Finlandiyada şəhər meri və 2 jurnalist güllələnib

Finlandiyada şəhər meri və 2 jurnalist güllələnib Cinayətkarın axtarışına başlanılıb
Digər ölkələr
5 Dekabr , 2016 02:26
Finlandiyada şəhər meri və 2 jurnalist güllələnib

Bakı. 5 dekabr. REPORT.AZ/ Finlandiyanın yerli  dövlət orqanları ölkənin cənub şərqindəki İmatra şəhərində 3 nəfərin güllələnməsi haqda məlumat yayıb.

"Report" "MIG News"a istinadən xəbər verir ki, naməlum şəxslər 3 nəfəri güllələyərək gizləniblər. Polis faktı təsdiqləyib.

Hadisənin təfərrüatı barədə ətraflı məlumat verilmir. Yerli polis rəisi cinayət hadisəsi ilə əlaqədar açıqlama veriləcəyini bildirib.

"Accosiated Press" isə öldürülmüş şəxslərin şəxsiyyətini açıqlayıb. Məlumata görə, hadisə "Vuoksenvahti" restoranında baş verib. Öldürülən şəxslərdən biri İmatra şəhərinin meri, 53 yaşlı Tiyn Vilen-Yalpinen və digər 2 şəxs isə jurnalistlərdir. 

Agentliyin məlumatına görə, cinayəti 23 yaşlı şəxs törədib. O, əvvəllər də həbsxana həyatı yaşayıb. 

Son xəbərlər

Orphus sistemi