Finlandiya və ABŞ prezidentləri Ukraynanı müzakirə ediblər

Finlandiya və ABŞ prezidentləri Ukraynanı müzakirə ediblər Finlandiya Prezidenti Sauli Niinistö ABŞ lideri Cozef Baydenlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.
Digər ölkələr
14 Dekabr , 2021 02:04
Finlandiya və ABŞ prezidentləri Ukraynanı müzakirə ediblər
Sauli Niinistö

Finlandiya Prezidenti Sauli Niinistö ABŞ lideri Cozef Baydenlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Finlandiya dövlət başçısının dəftərxanası məlumat yayıb.

Məlumata görə, bu gün Finlandiya liderinin rusiyalı həmkarı Vladimir Putinlə də telefon danışığı planlaşdırılır.

"(Baydenlə-red) söhbətin əsas mövzusu Ukrayna sərhədlərində narahatlıq doğuran vəziyyət olub. Prezidentlər gərgin vəziyyətdən diplomatik çıxış yolu tapmaq üçün birgə işləməyi vacib hesab ediblər", - məlumatda deyilir.

“Çərşənbə axşamı, dekabrın 14-də prezident Niinistö prezident Vladimir Putinlə telefon danışığı aparmalı olacaq", - dəftərxanadan bildirilib

Son xəbərlər

Orphus sistemi