Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib Finlandiya Ukraynaya növbəti, 13-cü hərbi yardım paketini təsdiqləyib.
Digər ölkələr
23 Fevral , 2023 15:14
Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib

Finlandiya Ukraynaya növbəti, 13-cü hərbi yardım paketini təsdiqləyib.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi yardım paketinə müxtəlif müdafiə avadanlıqları ilə yanaşı, həm də 3 “Leopard 2” tankı daxildir. Sözügedən tanklardan istifadə ilə bağlı Ukrayna hərbçilərinə təlimlər də keçiriləcək.

Məlumata görə, Ukraynaya 13-cü yardım paketinin ümumi dəyəri 160 milyon avrodan çoxdur.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi