Litvadan Rusiyaya gedən təyyarə Finlandiya tərəfindən saxlanılıb
Digər ölkələr
- 19 dekabr, 2024
- 06:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Finlandiya Litvadan Rusiyaya istiqamətlənən özəl təyyarəni sanksiyaların pozulması ehtimalına görə saxlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə LRT portalı məlumat yayıb.
Məlumata görə, “Beechcraft” təyyarəsi Litvadan Pskova gedirdi. Uçuş Latviya üzərindən həyata keçirilib. Təyyarə yanacaq doldurmaq üçün Helsinkidə yerə enib və Finlandiya hakimiyyəti tərəfindən saxlanılıb.
Portal qeyd edib ki, Litvadan Rusiyaya birbaşa olmayan marşrut Finlandiya rəsmiləri arasında şübhə doğurub. Məlumata görə, pilotlardan biri Litva vətəndaşıdır. O, əvvəllər sanksiyalardan yan keçməklə təyyarə satışında iştirak etmiş ola bilər. Onun barəsində məhkəməyə qədər araşdırma aparılır.
Финляндия из-за санкций задержала направлявшийся в РФ самолет
Finland seizes Russia-bound plane flying from Lithuania
Son xəbərlər
07:09
Xocavənd sakini: Nəhayət Qarabağa qayıdırıq
Daxili siyasət
06:55
Ağdama qayıdan keçmiş məcburi köçkün: İstərdim bu gün ata-anam da yanımda olsunlar
Daxili siyasət
06:51
Foto
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb
Daxili siyasət
06:24
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
Digər ölkələr
05:47
Vens: Tramp İranla uzunmüddətli müharibəyə yol verməyəcək
Digər ölkələr
05:18
"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub
Maliyyə
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol
04:34
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Digər ölkələr
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr