​Finlandiya prezidenti: "NATO-ya üzvlük referendumla həll edilməlidir"

​Finlandiya prezidenti: "NATO-ya üzvlük referendumla həll edilməlidir" "Biz Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmişdik"
Digər ölkələr
1282
28 Fevral , 2015 16:44
​Finlandiya prezidenti: NATO-ya üzvlük referendumla həll edilməlidir

Bakı.28 fevral. REPORT.AZ/ "Finlandiyanın NATO-ya üzv qəbul olması məsələsi refendumla həll edilməlidir".

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niimiste bildirib.

"Biz Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmişdik. Üzvlük məsələsində dair də belə bir tədbirin keçirilməsi vacibdir", - o, vurğulayıb.

Prezident apreldə keçiriləcək parlament seçkilərindən sonra qurulacaq yeni hökumətin öz proqramına NATO-ya üzv olmağı yazmayacağından ehtiyatlandığını bildirib.

Mövcud hökumətin proqramında səlahiyyət müddəti başa çatanadək alyansa üzvlüklə bağlı ərizə verməyəcəyi öz əksini tapıb.

Ölkədə keçirilən sosioloji rəy sorğusunun nəticələrinə görə, respondentlərin 26%-i Finlandiyanın NATO-ya üzv olmasının lehinə, 43%-i isə əleyhinə olub.

Son xəbərlər

Orphus sistemi