Finlandiya Prezidenti koronavirusa yoluxub

Digər ölkələr
  • 19 aprel, 2022
  • 11:39
Finlandiya Prezidenti koronavirusa yoluxub

Finlandiyanın 73 yaşlı Prezidenti Sauli Niinistö koronavirusa yoluxub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin dəftərxanasından bildirilib.

Məlumata görə, dövlət başçısının koronavirusla bağlı testin cavabı müsbət olub.

“Prezident Niinistönün xəstələnməsinə baxmayaraq, özünü yaxşı hiss edir və təcrid edilmiş halda fəaliyyət göstərir”, - açıqlamada qeyd olunub.

Vurğulanıb ki, dövlət başçısının aprelin 21-22-də Norveçə nəzərdə tutulan səfəri təxirə salınıb.