​Finlandiya prezidenti Avropa Birliyi ordusunun yaradılmasını dəstəkləyib

​Finlandiya prezidenti Avropa Birliyi ordusunun yaradılmasını dəstəkləyib NATO-nun keçmiş baş katibi Xavyer Solana Brüsseldə Avropanın təhlükəsizliyi ilə bağlı yeni strateji məruzə ilə çıxış edəcək
Digər ölkələr
9 Mart , 2015 09:50
​Finlandiya prezidenti Avropa Birliyi ordusunun yaradılmasını dəstəkləyib

Bakı. 9 mart. REPORT.AZ/ "Avropa Birliyi dəyərlərinin qorunmasının gücləndirilməsi məqsədi ilə ordunun yaradılması ciddi və təbii addım olar".

"Report" "newsru"ya istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niinistö bildirib.

Bu yaxınlarda həmcinslilərin nikahını qanuniləşdirən Finlandiya lideri Avropa Birliyi ordusunun yaradılması ideyasını da dəstəklədiyini söyləyib.

Ölkənin müdafiə naziri Karl Xaqlund isə belə bir orduya bütün dövlətlərin daxil olma ehtimalının az olduğunu söyləyib.

Bu gün NATO-nun keçmiş baş katibi Xavyer Solana Brüsseldə Avropanın təhlükəsizliyi ilə bağlı yeni strateji məruzə ilə çıxış edəcək. "Avropanın müdafiəsi üçün ortaqlıq" adlanan bu məsələ üzərində yarım il işlənilib. Həmin sənəddə nəzəri cəhətdən hərbi əməliyyatların Avropa Birliyindən kənarda keçirilməsi əməliyyatı və bu məqsədlə Avropa ordusunun mənzil-qərargahının Brüsseldə yaradılması planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi