Yuxarı

Finlandiya polisi qaçqınların qəbul mərkəzinin yandırılması cəhdinin qarşısını alıb

Hazırda bina boşdur, lakin tezliklə orada sığınacaq axtaranlar yerləşdiriləcək

Bakı. 26 dekabr. REPORT.AZ/ Finlandiyanın Turku şəhərində naməlum şəxslər qaçqınların qəbul mərkəzi kimi istifadə olunması nəzərdə tutulan məktəbi yandırmaq istəyib.

"Report" "Yle"yə istinadən xəbər verir ki, Finlandiyanın cənub-qərbində baş verən bu hadisə polisin sayıqlığı sayəsində geniş miqyas almayıb. Belə ki, naməlum şəxsin məktəbi yandırmağa cəhd etdiyini görənlər dərhal polisə müracət edib. Polisin olay yerinə dərhal gəlməsi asayişi pozan naməlum şəxsin planlarını da pozub. Amma həmin şəxs qaçıb gizlənməyi bacarıb.

Hazırda bina boşdur, lakin tezliklə orada sığınacaq axtaranlar yerləşdiriləcək

Qeyd edək ki, bu məktəbi sentyabr ayında da yandırmaq istəmişdilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi