Finlandiya piyada əleyhinə minalardan istifadəni bərpa etməyi planlaşdırır
Digər ölkələr
- 26 avqust, 2025
- 21:16
Finlandiya 2026-cı ilin yanvarından etibarən piyada əleyhinə minaların istifadəsini bərpa etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarına istinadən “Yle” telekanalı məlumat yayıb.
Finlandiya 2025-ci il iyulun 10-da piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması barədə BMT-yə rəsmi məlumat verib və sazişin denonsasiyası gələn ilin yanvar ayında qüvvəyə minəcək.
“Quru qoşunları gələn ilin yanvarında piyada əleyhinə minaları arsenala bərpa edəcək”, - Müdafiə Nazirliyindən bildirilib.
Quru qoşunları mühəndisi Riku Mikkonen əlavə edib ki, 2026-cı ilin yanvar ayından etibarən mövcud müdafiə sisteminə əlavə olaraq minaların sürətlə istismara verilməsi üçün tədbirlər hazırlanacaq.
Son xəbərlər
19:59
Fəzail Ağamalı vəfat edib
Daxili siyasət19:39
Foto
Gənc boksçular arasında Azərbaycan çempionatının ilk günündə 41 döyüş keçirilib
Fərdi19:39
Ramiz Mehdiyevin cinayət işi üzrə həbs edilən Əli Kərimlinin həbs müddəti uzadılıb
Hadisə19:31
Nikol Paşinyan: İrəvan və Bakı sülhü geri dönməz hesab etməyə çox yaxındırlar
Region19:26
ABŞ və Ermənistan İrəvanda saziş imzalayıb
Region19:26
Uitaker müharibənin bitməsilə bağlı Zelenskinin sözlərini təkzib edib
Digər ölkələr19:06
Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Xarici siyasət19:05
Ağcabədidə bir neçə gün əvvəl çoxsaylı bıçaq yarası alan uşağın vəziyyəti açıqlanıb
Hadisə19:05
Foto