Finlandiya ardıcıl yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib

Finlandiya ardıcıl yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib Finlandiya artıq yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib.
Digər ölkələr
20 Mart , 2024 09:27
Finlandiya ardıcıl yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib

Finlandiya yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib.

“Report” xəbər verir ki, bu qiymətləndirmə BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan və dərc olunan illik “Dünya Xoşbəxtlik Hesabatı”nda yer alıb.

Skandinaviya ölkələri yenidən ən yüksək pillədə qərarlaşıb, Danimarka ikinci, İslandiya üçüncü, İsveç isə dördüncü yerdədir. Əfqanıstan yenə sonuncu yerdə (143-cü) qərarlaşıb.

“Dünya Xoşbəxtlik Hesabatı” 2012-ci ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur. Hər il tərtib edilən hesabatda uzunömürlülük, sosial təminat səviyyəsi, adambaşına düşən ÜDM və s. nəzərə alınır.

Hesabatın dərci martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Gününə təsadüf edir.

Son xəbərlər

Orphus sistemi