Bakı. 2 iyul. REPORT.AZ/ Filippin sahillərində göyərtəsində 173 sərnişin olan bərənin aşması nəticəsində 33 nəfər ölüb.
"Report" "AFP"yə istinadən xəbər verir ki, bu haqda ölkə paytaxı Manilanın Sahil-Mühafizə Xidməti məlumat yayıb.
Xəbərə görə, bərə ölkənin Ormok şəhərindən Kamotes adasına doğru hərəkət edirmiş.
Hadisə yerində xilasetmə əməliyyatı başlayıb. Qəzanın səbəbləri haqda ətraflı məlumat verilməyib.